Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb...
Poliqon xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında bildirib.
O vurğulayıb ki, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
Korenyako əlavə edib ki, məhdudiyyətlər dövründə 22 təyyarə alternativ aerodromlara göndərilib.
“Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görüblər – bu, prioritet məsələdir”, Rosaviasiyanın mətbuat katibi əlavə edib.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin Moskvaya doğru uçan pilotsuz uçuş aparatını vurduğunu açıqlamışdı.
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi bildirib ki, hücum təhlükəsi ilə əlaqədar paytaxt hava limanları təyyarələrin qəbulunu müvəqqəti dayandırıb.
Poliqon.info