AZ

Cavid Abdullayevin rəhbərlik etdiyi qurumun 250 minlik avtomobil almaq istədi, “stop” qoyuldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində olan “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin 4 ədəd pikap, ikiqat kabin tipli nəqliyyat vasitəsinin alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

 

Tenderin ümumi dəyəri 251 000 AZN olub.

 

Qeyd: ASC-nin sədri Cavid Abdullayevdir.

 

Cabir Həsənov

Tarix: 4 Aprel 2025, 11:40   
Seçilən
102
3
pravda.az

4Mənbələr