Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Zirə” matçının biletləri satışa çıxarılır.
Arena.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən oyunun biletləri sabah saat 12:00-dan etibarən satışda olacaq.
Qiymətlər sektorlara uyğun olaraq dəyişir. Belə ki, biletlərin qiyməti 3, 7 və 15 manat aralığındadır.
Biletlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Xəbərdə o da qeyd olunur ki, mərkəzi arenanın qapıları azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Xatırladaq ki, aprelin 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Zirə” matçına saat 19:30-da start veriləcək.