Okeaniya ölkəsi Papua Yeni Qvineyada 6,9 maqnitudalı zəlzələ baş verib.
ABŞ Geoloji Tədqiqatlar İdarəsinin (USGS) verdiyi açıqlamaya görə, 6,9 maqnitudalı zəlzələnin episentri Qərbi Yeni Britaniya əyalətinə bağlı Kimbe şəhərindən 194 kilometr cənub-şərq açığında yerləşir.
Operativ Media xəbər verir ki, təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
İlkin məlumata görə, zəlzələdə insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.
Papua Yeni Qvineya dünyada zəlzələlərin və vulkanik fəaliyyətlərin əksəriyyətinin baş verdiyi Sakit okean “Alov Halqası” üzərində yerləşir.