AZ

Azərbaycan diş fırçalarını hansı ölkədən neçəyə alır? - MƏBLƏĞLƏR

2025-ci ilin yanvar ayında Azərbaycan xaricdən 325 min 280 dollar dəyərində 1 milyon 59 min 980 ədəd diş fırçası idxal olunub.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, diş fırçalarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 11 min 570 dollar və ya 3,7% artıb, miqdar ifadəsilə 70 min 430 ədəd və ya 6,2% azalıb.

2024-cü ilin yanvar ayında isə Azərbaycan 313  min 710 dollar dəyərində 1 milyon 130 min 410 ədəd diş fırçası idxal olunmuşdu. 

Hesabat dövründə 1 ədəd diş fırçasının orta idxal qiyməti 52 qəpik olub ki, bu da illik 5 qəpik (10,6%) artıqdır.

Ötən ilin ilk ayının nəticələrinə əsasən 1 ədəd diş fırçasının orta idxal qiyməti 47 qəpik olub.

S/n

Ölkələr (cəmi)

 

Miqdar (ədəd)

Məbləğ (dollar)

1 ədədin orta idxal dəyəri (manat)

1 059 980

325 280

0,52 ₼

1

  Koreya Respublikası

120

1 000

14,17 ₼

2

  Almaniya

450

1 740

6,57 ₼

3

  İsveçrə

5 200

12 140

3,97 ₼

4

  Hindistan

12 960

22 630

2,97 ₼

5

  Rusiya

5 270

8 380

2,70 ₼

6

  İrlandiya

4 320

5 370

2,11 ₼

7

  İtaliya

4 710

5 130

1,85 ₼

8

  Vyetnam

135 890

6 7300

0,84 ₼

9

  Çin

891 050

201 600

0,38 ₼

Seçilən
142
fed.az

1Mənbələr