Caparidzeyə qarşı rəsmi ittiham dünən irəli sürülüb. O, Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələblərinə əməl etməməkdə ittiham olunur.
Dövlət ittihamçısı onun üçün 50 min lari məbləğində girov tələb edir. Müdafiə tərəfi isə heç bir həbs qətimkan tədbiri seçilməməsini istəyir.
Caparidze məhkəmədə bildirib:
"Əlbəttə ki, heç bir qanun pozuntusu olmayıb. Bu, konstitusiyaya zidd şəkildə yaradılmış guya istintaq komissiyasıdır və onun yeganə məqsədi müxalifəti təqib etmək, sıxışdırmaq və gözdən salmaqdır. Bu səbəbdən məhkəmə prosesi də sürətlə təyin olunub. Biz istənilən çağırışa hazırıq, lakin bu, bizi qorxutmamalı olan yeni repressiya dalğasıdır."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31