Əgər son bir il ərzində hər səhər və axşam dişlərinizi eyni diş fırçası ilə fırçalayırsınızsa, çox güman ki, dişlərinizə xeyirdən çox zərər verirsiniz.
Bizim.Media xəbər verir ki, stomatoloqlar pasiyentlərinə hər üç ayda bir diş fırçasını dəyişməyi tövsiyə edirlər.
Ancaq bunun səbəbi sadəcə diş fırçasının çirkli olmasından daha mürəkkəbdir. Məsələ burasındadır ki, dişlərinizi bakteriya və qida hissəciklərindən təmizləmək üçün nəzərdə tutulmuş diş fırçanızın tükləri üç aydan sonra istifadəyə yararsız hesab olunur.
Diş fırçasının tükləri köhnəldikdə dişlərinizi təmizləmək qabiliyyətini itirir.
Əslində, diş fırçanızın tükləri üç aydan az istifadə müddətində köhnəlirsə, fırçanızı daha tez dəyişdirməlisiniz.
Bizim.Media