Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomiak” Polşa Ekstraklasasında 27-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda öz meydanında “Zaqlebie” ilə qarşılaşıb. Görüş "Radomiak"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 30-cu dəqiqədə İqor Orlikovski vurub.
Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.
Start heyətində yer alan Renat isə 82-ci dəqiqədə Rafael Barbosa ilə əvəzlənib.
Qeyd edək ki, “Radomiak” hazırda turnir cədvəlində 34 xalla 11-cidir. “Zaqlebie” isə 26 xalla 14-cü yerdədir.