AZ

Liqa 1: "Olimpik Marsel" də evdə sevindi, "Lans" da

Fransa Liqa 1-də 28-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 5 matç baş tutub.

“Lans” öz meydanında “Sent Etyen”i məğlub edibsə, “Reyms” “Strasburq”a, “Renn” “Oser”ə uduzub. “Monpelye” də evdə “Havr”a yenilib. “Olimpik Marsel” isə “Tuluza” ilə dueldən qələbə ilə ayrılıb.

Sona 7 tur qalmış çempionluğunu təmin edən PSJ 74 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edir. “Olimpik Marsel” 52, “Monako” 50, “Strasburq” 49, “Olimpik Lion” 48, “Nitsa” və “Lill” 47 xal yığıb.

Fransa Liqa 1
28-ci tur
4 aprel

Nitsa Nant 1:2
Qollar: Abdi, 14 – Auqusto, 11. Abline, 38.

5 aprel

PSJ – Anje 1:0
Qol
: Due, 55.

Brest – Monako 2:1
Qollar
: Kön, 42-öz qapısına. M.Kamara, 90+4 – D.Zakariya, 63-pen.

Olimpik Lion – Lill 2:1
Qollar
: Lakazette, 38-pen. Şerki, 70 – Diakite, 1.

6 aprel

Lans Sent Etyen 1:0
Qol: Koyalipu, 75.

Monpelye Havr 0:2
Qollar: Kexta, 3. Ture, 33.

Reyms Strasburq 0:1
Qol: Dukure, 4.

Renn Oser 0:1
Qol: Jubal Junior, 89.

Olimpik Marsel  Tuluza 3:2
Qollar: Suazo, 21-öz qapısına. Qrinvud, 57. Rabyö, 64 – Maqri, 28. Syerro, 76.

Seçilən
130
fanat.az

1Mənbələr