Moldovanın Qaqauziya vilayətinin başçısı Yevgeniya Qutsulun işi üzrə məhkəmə iclası binanın minalanması barədə anonim məlumat səbəbindən dayandırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova parlamentinin deputatı Vadim Fotesku məlumat verib.
"Bu, növbəti tamaşadır. Bizə zəng gəldiyini və məhkəmə binasının guya minalandığını bildiriblər. İndi standart yoxlamalar başlayacaq", - o, məhkəmə binasının ətrafına toplaşan Qutsulun tərəfdarlarına müraciət edərək bildirib.
Mitinqin təşkilatçıları insanları binadan uzaqlaşmağa çağırıblar, yanğınsöndürmə xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıb və məhkəmə iclasının iştirakçıları da daxil olmaqla, binada olanları təxliyə ediblər. Qutsulun vəkili Sergey Moraru jurnalistlərə iclasın vaxtının saat 16:00-a keçirildiyini bildirib.
Məhkəmə iclasında prokurorların keçmiş "Şor" partiyasının fəalı Svetlana Popanın həbsi ilə bağlı sorğusuna baxılmalıdır. O, Qutsulla birlikdə "Şor" partiyasının maliyyələşdirilməsində qanun pozuntularına yol verməkdə ittiham olunur.