"Biz NATO-nun ofisi önünə gəldik ki, burada həm də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ofisi yerləşir. Onlar Moldovaya müharibə gətirmək istəyirlər. Prezident Maya Sandu yeni iş yerləri açmaq yerinə silah alır, gənclər isə ölkəni tərk edir", - deyə, Etirazçılar arasında yer alan Orgeyev şəhərinin keçmiş meri Pavel Verijanu bildirib.
Aksiya iştirakçıları həmçinin, USAID və NATO-nu hazırkı hökumətə verdiyi dəstəyə görə tənqid ediblər. Onların fikrincə, hökumət ölkədə hakimiyyəti ələ keçirib.
Moldova, 2025-ci ildən etibarən NATO ilə yeni, fərdiləşdirilmiş əməkdaşlıq proqramı üzərində işləyir. Bu proqram, NATO-nun Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponya kimi ölkələrlə əməkdaşlığını bənzər bir formada Moldova ilə də həyata keçirəcək.
Sosioloji sorğulara əsasən, Moldovanın əksəriyyəti NATO-ya qoşulmağa qarşıdır. Lakin Prezident Maya Sandu, Rusiyadan gələn hərbi təhdidin mövcud olduğunu iddia edir və NATO ilə hərbi əməkdaşlığın inkişafını dəstəkləyir. Son illərdə Moldova ordusu Qərb ölkələri ilə təlimləri gücləndirib və silahlanma xərclərini artırıb.