AZ

"Tramp tarifləri" qlobal ticarət müharibəsinə səbəb olacaq

Sinqapur ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin qlobal ticarət müharibəsinə səbəb olacağından qorxur. Bu müharibə xüsusilə ticarətə arxalanan daha kiçik ölkələr üçün zərərli olacaq. Bunu Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan “Financial Times” qəzetinə müsahibəsində deyib.

"Ən böyük qorxumuz, belə bir tarif paketinin qlobal ticarət sisteminin təməllərini sarsıtmasıdır" deyən nazir, bu halda vəziyyətin Sinqapur da daxil olmaqla kiçik ölkələr üçün çox acınacaqlı olacağını bildirib. 

"Bu, həqiqətən də qorxduğumuz qlobal ticarət müharibəsidir", - xarici işlər naziri deyib.

Balakrişnan həmçinin belə hesab edir ki, ticarət müharibəsi həm Çin, həm də onun ticarət tərəfdaşları, o cümlədən Sinqapur üçün  ən pis vaxta gəlir.

Qeyd edək ki, yeni tədbirlərdən sonra Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzvü olan Sinqapurdan ABŞ-yə mal idxalına görə rüsum 10%, Filippindən isə 17% təşkil edəcək. Laosa isə əlavə rüsumlar 48%, Vyetnam - 46%, İndoneziya - 32%, Malayziya - 24% -ə çatıb.

Tural

Seçilən
173
news365.az

1Mənbələr