AZ

Klubun damının uçması nəticəsində konsert iştirakçıları həlak olublar

Dominikan Respublikası polisi Santo Dominqoda gecə klubunun damının uçması nəticəsində azı 13 nəfərin öldüyünü bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli Noticias SIN nəşri məlumat yayıb.

“Jet Set” gecə klubunun damının uçmasına nəyin səbəb ola biləcəyi hələlik məlum deyil. Faciə baş verən zaman ərazidə milli merenqe müğənnisi Rubby Perezin konserti olub. Ümumilikdə 93 təcili tibbi yardım maşınının çökmə yerini tərk etdiyi, hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir. Dağıntılar altında hələ də qurbanlar ola bilər.

Santo Dominqo meri Karolina Mejia de Qarriqo yazıb: “Şəhərimiz “Jet Set” gecə klubunda baş verən dəhşətli faciə ilə oyandı. “Hələ də öz yaxınları haqqında xəbər gözləyən ailələrə dərin hüznlə başsağlığı vermək istəyirəm”.

Bir müddət əvvəl məşhur türk müğənnisi Volkan Konakın səhnədə huşunu itirərək dünyasını dəyişdiyi məlum olub.

Seçilən
58
nocomment.az

1Mənbələr