AZ

U-17 millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi (U-17) bu ay UEFA İnkişaf Turnirində iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandamızın aprelin 9-dan 12-nə qədər Bakıda təlim-məşq toplanışı olacaq. Millimiz aprelin 13-dən 20-nə qədər də Moldovanın paytaxtı Kişinyovda UEFA İnkişaf Turnirində iştirak edəcək. U-17 millimiz turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və millimizin UEFA İnkişaf Turnirindəki oyunlarının təqvimi ilə tanış ola bilərsiniz:

14 aprel
15:30. Moldova – Azərbaycan
“Zimbru” stadionu.

16 aprel
12:00. Azərbaycan – Gürcüstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi.

19 aprel
12:00. Estoniya – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi.

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

  1. Rauf Əyyubov – Sabah
  2. Nurəziz Əzizov – Neftçi
  3. Kamil Həsənov – Marset (İspaniya)
  4. Rəşad Gülüşov – Vətən
  5. Uğur Qurbanlı – Qarabağ
  6. Toğrul Mehdizadə – Vətən
  7. Səttar Tahirzadə – Marset (İspaniya)
  8. Muhamməd Çodarov – Marset (İspaniya)
  9. İsmayıl Səfərli – Neftçi
  10. Amin Rzayev – Qarabağ
  11. Sahib Xəlilli – Neftçi
  12. Allahverdi Şirinov – Qəbələ
  13. Nihad Cəfərzadə – Sabah
  14. Ramin Abiyev – Neftçi
  15. Sübhan Rzayev – Qəbələ
  16. Nihad Hüseynzadə – Sabah
  17. Adnan Bunyatov – Marset (İspaniya)
  18. Əli Bəşirov – Qarabağ
  19. Onur Əliyev – Qarabağ
  20. Samir Şərifov – Vətən
  21. Pünhan Kərimov – Marset (İspaniya)
  22. Nicat Kərimov – Vətən
Seçilən
199
14
arena.az

10Mənbələr