AZ

Azərbaycan Dövlət İqtisad Universitetində Elm Festivalının açılışı olub - FOTOLAR

Tədbirin açılışında elm və təhsil naziri Emin Əmrullayev, UNEC rektoru, professor Ədalət Muradov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, Türkiyənin Yıldız Texniki universitetinin professoru Salim Yüce çıxış ediblər.

QHT.az xəbər verir ki, Festivalda UNEC tələbələrinin və region məktəblərinin şagirdlərinin əl işlərindən ibarət olan “Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi təşkil olunub. Eləcə də UNEC Dizayn məktəbinin tələbələrinin bir-birindən maraqlı əl işləri nümayiş etdirilib.

Festival çərçivəsində “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının və UNEC rektorunun müşaviri dosent Elşən Bağırzadənin “Bazarın hüdudları” kitabının təqdimatları da keçirilib.

Elm festivalı aprelin 10-dək davam edəcək.

Seçilən
146
qht.az

1Mənbələr