AZ

Gecə klubunun damı uçdu, 100-ə yaxın adam öldü

Dominikan Respublikasında bir gecə klubda damın uçması nəticəsində ölənlərin sayı 98-ə çatıb. Yeni rəqəmləri COE Fövqəladə Hallar Mərkəzinin rəhbəri Xuan Manuel Mendez açıqlayıb. Bundan əvvəl 79 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, hadisə bazar ertəsi Müstəqillik prospektində yerləşən “Jet Set” gecə klubunda baş verib. O vaxt müəssisədə çoxlu adamlar var olub. Fövqəladə hadisə yerində dağıntıların təmizlənməsi davam edir. Xilasedicilər etiraf edirlər ki, hələ də sağ qalanları tapa bilərlər.

Dominikan Respublikasının Prezidenti Luis Abinader Santo Dominqoda gecə klubunda həlak olanlar üçün üç günlük milli matəm elan edilməsi haqqında fərman imzalayıb. Məşhur dominikanlı musiqiçi Rubbi Peresin də damın çökməsi nəticəsində öldüyü məlum olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
143
40
editor.az

10Mənbələr