Rusiyanın ağır atletika yığmasının böyük məşqçisi Vadim Karpov dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, 56 yaşlı çalışdırıcı yuxuda ürək dayanması səbəbindən keçinib.

Məlumatı yığmanın baş məşqçisi Rim Sirazetdinov təsdiqləyib.

V.Karpov Rusiya milli komandasında 6 il çalışıb. Onun yetirmələrindən ikisi Avropa çempionatında medalçı olub.