Avstraliyanın şimal-şərqindəki Kvinslend əyalətində güclü yağışlar nəticəsində ortaya çıxan tropik xəstəlik melioidozundan ölənlərin sayı 26-ya yüksəlib.
"Unikal" xəbər verir ki, bu barədə Kvinslend ştatının Səhiyyə Departamenti məlumat yayıb.
Məlumata görə, son bir həftədə biri ölümlə nəticələnən 10 yeni yoluxma halı qeydə alınıb. Bununla da epidemiya nəticəsində həyatını itirənlərin sayı 26-ya yüksəlib.
Mütəxəssislər güclü yağışdan sonra bakteriyaların havaya qarışması nəticəsində inhalyasiya yolu ilə yoluxma riskinin artdığını bildirib. Səlahiyyətlilər yerli əhalini xüsusilə daşqınlardan sonra gigiyena qaydalarına diqqət yetirmələri barədə xəbərdarlıq edib.