AZ

Dominikanda əyləncə məkanının damının çökməsi nəticəsində 113 nəfər ölüb

Dominikanda əyləncə məkanının damının çökməsi nəticəsində 113 nəfər ölüb

Dominikanda əyləncə məkanının damının çökməsi nəticəsində ölənlərin sayı 113-ə çatıb.Santo Dominqoda "Jet Set" əyləncə məkanının damı dünən içəridə ən azı 300 müştəri olduğu zaman çöküb.Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendezin açıqlamasına görə, dağıntılar nəticəsində ölənlərin sayı 113-ə çatıb.Dağıntılar arasında axtarış əməliyyatı davam edərkən, dağıntılar altından çıxarılan 255-dən çox yaralı xəstəxanalara aparılıb.Tədbirin keçirildiyi yerin yaxınlığında müvəqqəti morq və qanvermə mərkəzi yaradılıb.Çökmənin səbəbləri araşdırılır.

Seçilən
148
afn.az

1Mənbələr