Qaqauziya başqanı Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də Moldova ərazisini tərk etmək istəyərkən saxlanılıb.
Moldova məhkəməsi Yevgeniya Qutsulu 20 sutka müddətinə həbs edib.