Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xatırladaq ki, Y. Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı. Moldova məhkəməsi Qutsulu 20 sutka müddətinə həbs edib.