Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə Kişinyov məhkəməsi qərar verib.
“Qutsul Yevgeniya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsin”, - məhkəmənin qərarında deyilir.
Yevgeniya Qutsul martın 25-də axşam saatlarında Kişinyov hava limanında Moldovanı tərk etməyə cəhd edərkən saxlanılıb. Qaqauziyanın rəhbərinin pasportu götürülüb, tam axtarış aparılıb və ölkədən uçmağa icazə verilməyib.
Qutsul muxtariyyətdə 2023-cü il seçkiləri üçün seçki fondlarının idarə edilməsi prosedurunu pozmaqda, seçkilərdə “Şor” siyasi partiyasını qanunsuz maliyyələşdirməkdə və saxta sənədlər hazırlamaqda ittiham olunur. Siyasətçi itthamları rədd edir.