Yaz aylarında ən çox sevilən, qiyməti digər bitkilərdən baha olan qulançara bu il də tələbat artıb.
Xezerxeber.az-ın məlumatına görə, satıcılar deyir ki, bitki həm də istixanalarda yetişdirilir. Gəlirli olan qulançarın çoxlu seleksiya sortları da yaradılıb.
Görünüşü kimi qiyməti də fərqlidir. Amma rayondan gələn məhsul daha münasibdir. Hazırda isə qulançar satışı bazarda artdığı üçün qiyməti də nisbətən münasibdir.
Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur. Zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.