AZ

Ağciyər xərçəngi riskiniz varmı? - Bunlara diqqət

Ağciyər xərçəngi riskiniz varmı? -

Ağciyər xərçəngi dünyada ən çox yayılan və ölümə səbəb olan xərçəng növlərindən biridir. Ən əsas səbəb kimi siqaret göstərilsə də, passiv siqaret çəkmə, hava çirkliliyi və bəzi peşə faktorları da riski əhəmiyyətli dərəcədə artırır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər 50-80 yaş arasında olan və ağır siqaret çəkmiş şəxslərin ildə bir dəfə skrininq müayinəsindən keçməsini tövsiyə edirlər.

Risk kimlər üçün daha yüksəkdir?

Ağciyər xərçəngi hallarında siqaret hələ də əsas rol oynayır. Bu xəstəliyin təxminən 85 faizi məhz siqaretlə əlaqələndirilir. Xüsusilə uzun müddət siqaret çəkmiş şəxslərdə – yəni onillərlə, bəzən yeniyetməlikdən bəri siqaret istifadə edənlərdə – risk daha yüksək olur. Əvvəllər siqareti tərgidən insanlar da illər sonra belə bu və digər xərçəng növlərinə tutulma riski daşıyırlar.

Passiv siqaret çəkmə də təhlükəlidir

Siqaret çəkməyən, lakin mütəmadi olaraq başqalarının tüstüsünə məruz qalan şəxslər də risk altındadır. Evdə və ya iş yerində passiv şəkildə siqaret tüstüsünə məruz qalmaq, ağciyər xərçəngi ehtimalını artırır və bu da elmi olaraq sübut edilmiş faktordur.

Hava çirkliliyi və sənaye təsirləri

Yaşanılan ərazidə havanın həddindən artıq çirklənməsi də ağciyər sağlamlığı üçün ciddi təhdiddir. Eyni zamanda tikinti, mədənçilik və istehsalat sahələrində çalışanlar da asbest, zəhərli tüstülər və kimyəvi maddələrə daha çox məruz qalırlar. Bu cür peşə riskləri də ağciyər xərçəngi ehtimalını artıran əsas faktorlardandır.

Genetik meyillik nəzərə alınmalıdır

Ailəsində ağciyər xərçəngi olan şəxslərin də bu xəstəliyə tutulma riski yüksək olur. Genetik faktorlar hətta siqaret çəkməyən insanlarda belə həssaslığı artıra bilər. Bu səbəbdən, ailə tarixçəsi də risk dəyərləndirməsində mühüm yer tutur.

Erkən diaqnoz həyat xilas edir

Ağciyər xərçəngində erkən diaqnoz müalicənin uğurlu nəticələnməsi və sağ qalma ehtimalının yüksəlməsi üçün olduqca vacibdir. Hal-hazırda siqaret çəkən və ya əvvəllər uzunmüddətli siqaret çəkmiş 50-80 yaşlı şəxslərin hər il aşağı dozalı KT (kompüter tomoqrafiyası) ilə skrininq müayinəsindən keçməsi tövsiyə olunur. Risk qrupunda olanlar həkimlə mütləq şəkildə məsləhətləşərək skrininq ehtiyacını dəyərləndirməlidirlər.

Unutmayın, bu məqalə yalnız maarifləndirici xarakter daşıyır və tibbi məsləhət əvəzi deyil. Sağlamlığınızla bağlı hər hansı narahatlığınız varsa, mütləq şəkildə həkimə müraciət edin.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
125
e-saglam.az

1Mənbələr