
Rusiya Xarici İşlər Nazirinin müavini Mariya Zaxarovanın Paris-Şarl de Qoll hava limanında saxlanılması iki ölkə arasında yeni diplomatik qalmaqala səbəb olub. Bu barədə ilk olaraq Fransanın "Le Figaro" nəşri məlumat yayıb, “Ulusum”.az xəbər verir.Zaxarova Fransaya YUNESKO-nun konfransında iştirak etmək üçün gəlib, lakin təyyarədən düşən kimi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və xüsusi otağa aparılaraq orada dindirilib. Səbəb kimi diplomatın viza sənədlərini vaxtında təqdim etməməsi göstərilib.Texnika müsadirə edildiFransa hüquq-mühafizə orqanları Zaxarovanın kompüterini və mobil telefonunu da müsadirə edib. Yerli mətbuatın yazdığına görə, o, 24 saat ərzində sərhəd zonasında saxlanılıb, lakin nəticədə Fransa hakimiyyəti ona ölkəyə giriş icazəsi verib.Rusiya sərt reaksiya verdiHadisəyə Rusiyanın Parisdəki səfirliyi dərhal reaksiya verərək Fransa Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Zaxarova isə bu olayı belə şərh edib:"Biz bu vəziyyəti nəticəsiz buraxmaq niyyətində deyilik."Kreml də məsələni diqqətsiz qoymayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib:"Əlbəttə, biz Fransanın bu cür hərəkətlərini pisləyirik və onları qəbuledilməz hesab edirik. Bu, onsuz da zədələnmiş ikitərəfli münasibətlərimizi daha da pisləşdirir."Fransa hələlik susurFransa Xarici İşlər Nazirliyi hələlik məsələyə münasibət bildirməyib. Lakin ekspertlərin fikrincə, bu insident Paris-Moskva münasibətlərində növbəti gərginlik dalğasına səbəb ola bilər.
Diqqət Çəkənlər
Prezident ADA-da forumda çıxış edib - VİDEO
Dağıdılan Ağdam yenidən inşa edilir!
10 Aprel - 8 Kəşfiyyatçımızın Anım Günü