Türkiyədə boykot çağırışına dəstək verən aktrisa Aybüke Pusat TRT 1-in “Teşkilat” serialından çıxarıldıqdan sonra aktrisaya dəstək verən həmkarı və yaxın dostu Boran Kuzum “Bir ruh macerası” serialından uzaqlaşdırılmışdı.
Tribunainfo.az xəbər verir ki, Kuzumun rolunu kimin canlandıracağı artıq məlum olub.
İddialara görə aktyor Alper Saldıran “Bir ruh macerası” serialının heyətinə daxil olaraq Kuzumun canlandırdığı rola həyat verəcək.
Qeyd edək ki, A.Pusat və B.Kuzum İstanbul meri Ekrem İmamoğlunun həbsindən sonra CHP-nin çağırışı ilə boykot aksiyasına qoşulmuşdular.
Musavat.com