AZ

Bu ölkədə matəm elan edildi

Bu gün, 15:11

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda yerləşən məşhur "Jet Set" gecə klubunda baş verən faciə nəticəsində ölkədə üç günlük matəm elan edilib.

Prezident Luis Abinader verdiyi açıqlamada ölkənin matəmə qərar verdiyini bildirib və hadisənin yaşandığı əyləncə məkanını ziyarət edərək, faciədən duyduğu dərdi ifadə edib.

O, həmçinin xilasetmə əməliyyatlarını yerinə yetirən bütün təşkilatlara təşəkkür edərək, xilasetmə işlərinin davam etdiyini açıqlayıb. Hadisə nəticəsində 124 nəfər həyatını itirib, 155 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Klubda o an 300-ə yaxın insanın olduğu bildirilir. Hadisənin səbəbləri ilə bağlı hələlik hər hansı bir açıqlama verilməyib.

Seçilən
127
Reportyor.tv

1Mənbələr