İsveçrə Moldovada 2025-2028-ci illər üçün büdcəsi 420 milyon avro olan əməkdaşlıq proqramına başlayıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) direktor müavini Didye Şasot Kişinyovda proqramın təqdimat mərasimində bildirib.
O, bildirib ki, Moldova və İsveçrə bir çox ortaq maraqları olan kiçik Avropa dövlətləridir.
"Gərgin beynəlxalq vəziyyət kontekstində bu yaxınlarda İsveçrənin 2025-2028-ci illər üçün Beynəlxalq Əməkdaşlıq Strategiyasını təsdiqləndi. Bu strategiyada inkişaf və iqtisadi əməkdaşlıq, humanitar yardım, insan hüquqlarının təşviqi və qocaların rifahı sahələrində prioritetlər müəyyən edilib. İsveçrənin əməkdaşlıq proqramı çərçivəsində vəsait Moldovada iqtisadi islahatların dəstəklənməsinə, sosial layihələrin maliyyələşdirilməsinə, səhiyyəyə və yerli hakimiyyət orqanlarına yönəldiləcək".
Gülşən Şərif