AZ

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər - Bu 4 nəfər

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu ada Deklan Rays ("Arsenal"), Alessandro Bastoni ("İnter"), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovski ("Barselona") iddia edirlər.

D.Rays Londonda İspaniyanın "Real" kollektivinə qalib gəldikləri (3:0) matçda cərimə zərbəsindən iki baxımlı qola imza atıb.

Levandovski Dortmund "Borussiya"sını məğlub etdikləri (4:0) qarşılaşmada eyni sayda qol vurub. Kvaratsxeliya doğma meydanda İngiltərənin "Aston Villa" komandasını üstələdikləri (3:1) görüşdə adını tabloya yazdırıb.

Bastoni isə Almaniyada "Bavariya"nı yendikləri (2:1) matçda müdafiədə etibarlı oyunu ilə seçilib.

Həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Seçilən
162
11
sportinfo.az

10Mənbələr