...Xabarovsk diyarının Komsomolsk-na-Amur şəhərindəki “Rosneft” neft emalı zavodunda güclü yanğın baş verib.
SİA xəbər verir ki,"Ukrayna 365"in verdiyi məlumata görə, alov 50 m. hündürlükdə olan benzin istehsalı zavodunu bürüyüb.Yanğının sahəsi təxminən 300 m² olub.
Yerli hakimiyyət orqanları fövqəladə vəziyyətin səbəbləri barədə susur.
Rusiya mətbuatı yanğının söndürüldüyünü, tələfatın olmadığını yazır.
Qeyd edək ki, bu neft emalı zavodu Ukrayna ilə sərhəddən təxminən 9 min km məsafədə yerləşir.
Bu müəssisə ildə 8 milyon ton neft emal edərək, xüsusilə də benzin, dizel yanacağı və kerosin istehsal edir ki, bu da təkcə Rusiya Federasiyasında deyil, Asiya-Sakit okean regionu ölkələrinə də ixrac olunur.
Əli Babayev