Bakı. Trend:
Madriddə keçirilən Passenger Terminal Expo 2025 beynəlxalqsərgisi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC və INDRA şirkətiarasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Havahərəkəti, müdafiə və kosmos sahəsində qlobal lider olan INDRA, ƏlətAzad İqtisadi Zonasında (AİZ) inşa olunan yeni yük hava limanınımüasir hava naviqasiya sistemləri ilə təmin edəcək.
Bu saziş Ələt AİZ-in Avrasiya məkanında aparıcı multimodallogistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş millistrategiyanın həyata keçirilməsində mühüm mərhələdir. Azərbaycanhökuməti və “Silk Way Group” tərəfindən dəstəklənən yeni havalimanı Orta Dəhliz boyunca strateji mövqe tutacaq və Avropa iləAsiya arasında nəqliyyat əlaqələrini gücləndirəcək.
INDRA ilə tərəfdaşlıq hava limanının fəaliyyət səmərəliliyininartırılması, uçuş təhlükəsizliyinin təmin edilməsi və 24/7rejimində yük daşımalarının dəstəklənməsi üçün hava naviqasiyasısahəsində qabaqcıl texnologiyalarla təchiz olunmasına zəminyaradacaq. INDRA-nın təqdim etdiyi xüsusi həllər yüksəketibarlılıq, çeviklik və miqyaslana bilən imkanlarla müasir havaməkanının istifadəçilərinin ehtiyaclarını tam şəkildə qarşılayacaq.30 ildən artıq təcrübəyə malik və dünyanın 90%-dən çox ölkəsindəhava hərəkətinin idarə olunması üzrə innovativ həllər təqdim edənINDRA, Ələt Yük Hava Limanı üçün ən uyğun tərəfdaşdır.
Yeni yük hava limanı Bakı yaxınlığında, Ələt Dəniz Limanındayerləşir, Azərbaycanın dəmir və avtomobil yolları şəbəkəsinəbirbaşa bağlıdır. Bu isə dəniz, quru və hava nəqliyyatı iləyüklərin fasiləsiz hərəkətini təmin edir. İnkişaf zamanı əsasdiqqət davamlılığa, ekoloji təmiz tikinti və bərpa olunan enerjimənbələrinin inteqrasiyasına yönəldilib. Layihə aşağı emissiyalıyük infrastrukturu üçün nümunəvi model kimi nəzərdə tutulur.
“Azəraeronaviqasiya” HHİ (AZANS, “Azərbaycan Hava Yolları” QSC)ölkənin milli hava naviqasiyası xidmət təminatçısı olaraq, Ələt YükHava Limanına uyğunlaşdırılmış təhlükəsiz və səmərəli hava hərəkətixidmətləri göstərəcək. Bu məqsədlə yaradılacaq Ələt AeronaviqasiyaXidməti, hava məkanının inteqrasiyasını təmin edəcək və havalimanının Orta Dəhlizdə əsas logistika qovşağı kimi rolunugücləndirəcək.
“Ağıllı, avtomatlaşdırılmış hava naviqasiya sistemlərinintətbiqi müasir yük aeroportlarının uğurlu fəaliyyəti üçün əsasşərtlərdən biridir. INDRA kimi qlobal liderlə əməkdaşlıq, ƏlətAİZ-də yüksək texnologiyalı, effektiv və təhlükəsiz infrastrukturuninkişafında yeni bir mərhələ açır. Bu tərəfdaşlığın AzərbaycanınAvrasiya regionunda əsas logistika mərkəzi kimi mövqeyini daha dagücləndirəcəyinə inanıram,” – deyə “Azərbaycan Hava Yolları”QSC-nin prezidentinin müşaviri Fərhan Quliyev bildirib.
“INDRA Group” şirkətinin İcraçı sədri Anxel Eskribano isə qeydedib: “Biz bu strateji layihə çərçivəsində “Azərbaycan HavaYolları” QSC ilə tərəfdaşlıqdan məmnunuq və qabaqcıl havanaviqasiya texnologiyamızı tətbiq edərək regionun ən iddialılogistika mərkəzlərindən birinə töhfə verməyə sadiqik. Indraregionun ən iddialı logistika mərkəzlərindən birinin artanəməliyyat səmərəliliyinə, təhlükəsizliyinə və davamlılığına töhfəverməyə sadiqdir, Ələt Azad İqtisadi Zonasının inkişafı üzrəAzərbaycanın baxışını dəstəkləməkdən, Avropa ilə Asiya arasındaiqtisadi əlaqələri genişləndirməkdən məmnunluq duyur.”
Sərgi çərçivəsində tərəflər hava məkanının rəqəmsallaşdırılmasıvə Azərbaycanın aviasiya sektorunda ağıllı həllərin tətbiqisahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini dəmüzakirə ediblər.
Əlavə məlumat
Indra – texnologiyalar vasitəsilə mövcud həyat tərzini qoruyanvə gələcəyin ehtiyaclarını qabaqcadan görən aparıcı ispantransmilli şirkətidir. Müdafiə, hava hərəkətinin idarə olunması vəkosmos sahəsində dünyanın aparıcı şirkətlərindən biri kimi tanınanIndra, qlobal əməliyyatlar və rəqəmsallaşma üzrə əsas tərəfdaşstatusuna malikdir. Şirkətin ixtisaslaşmış ekspert komandası,biznes sahəsində dərin biliyi, müasir texnologiyalar və unikalinnovasiya və sistem inteqrasiyası qabiliyyəti, Indra-nı dünyadaetibarlı texnologiya tərəfdaşına çevirir. Şirkət Avropa proqramlarıvə layihələri sahəsində liderliyi, əməkdaşlığa əsaslanan yanaşmasıvə tərəfdaşlıq strategiyası ilə bu sahələrdə sənaye və innovasiyaekosistemlərinin inkişafına töhfə verir.
Indra, eyni zamanda Indra Group-un bir hissəsidir. Bu holdinqMinsait ilə birlikdə texnoloji inkişafı dəstəkləyir. Minsait,İspaniya və Latın Amerikasında rəqəmsal transformasiya vəinformasiya texnologiyaları sahəsində liderdir. 2024-cü maliyyəilində Indra Group-un gəliri 4,843 milyard avro təşkil edib. Şirkət49 ölkədə yerli nümayəndəliyə və 140-dan çox ölkədə fəaliyyətəmalikdir.
Ələt Yük Hava Limanı, tikintisinə 2024-cü ildə başlanmış,beynəlxalq dəniz limanına yaxın yerləşən və ölkənin dəmir vəavtomobil yolları infrastrukturuna birbaşa bağlı olan strateji birobyekt olacaq. Layihə çərçivəsində 4 min metrlik uçuş-enmə zolağı,sürmə yolları, hava hərəkətinin idarəetmə mərkəzi, yanacaq doldurmavə yanğın təhlükəsizliyi xidmətləri, eləcə də digər infrastrukturobyektləri inşa olunacaq. Yaşıl texnologiyaların və bərpa olunanenerji mənbələrinin istifadəsi ilə ekoloji dayanıqlılıqprinsiplərinə xüsusi önəm verilir. Hava limanının 2026-cı ildəistismara verilməsi planlaşdırılır.