İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 50 min 912 nəfərə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağına hücumlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlar nəticəsində 23 nəfərin həyatını itirdiyi, 106 nəfərin isə yaralandığı bildirilib. Əvvəlki hücumlarda həyatını itirən 6 nəfərin cəsədinin tapıldığı da bildirilib. İsrailin martın 18-də atəşkəsi pozmasından sonra 1542 nəfərin həyatını itirdiyi, 3940 nəfərin yaralandığı qeyd edilib.
Qeyd edək ki, İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bu yana həyatını itirənlərin ümumi sayı 50 min 912, yaralıların sayı isə 115 min 981-ə yüksəlib.