Bakı. Trend:
Misirin Əl-Əzhər dini qurumunun baş imamı Əhməd Əl-TayyibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubuünvanlayıb.
Trend xəbərverir ki, məktubda deyilir:
"Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə təbriklərimi və xoşarzularımı yetirirəm.
Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınızafiravanlıq, xeyir-bərəkət diləyirəm. Tanrı Sizi qorusun!
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!"