Azərbaycan futbolu yığmasının üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu HİK klubu Finlandiya çempionatının II turunda mübarizə aparıb.

Offsideplus.az xəbər verir ki, Helsinki təmsilçisi səfərdə SJK komandasına uduzub - 0:1. 43-cü dəqiqədə qırmızı vərəqə alan qonaqlar fasilədən sonra qapılarından qol buraxıblar. 

Ozan Can Kökçü matç ehtiyat oyunçular skamyasında keçirib. Ötən turda - Finlandiya çempionatının açılışında 26 yaşlı yarımmüdafiəçi cəmi 5 dəqiqə oynamışdı.

Hər iki turda məğlubiyyətə uğrayan HİK 0 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.