Güləş üzrə Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 6-cı günündə yunan-Roma güləşçiləri xalçaya çıxacaq.
Beş çəkidə mübarizəyə start veriləcək, digər 5 kateqoriyada mükafatçılar bəlli olacaq. Azərbaycan millisinin 9 “klassik”i də azarkeşlərini sevindirməyə çalışacaq.
Onlardan beşi ilk sınağına çıxacaq. Pəhləvanlarımızdan dördü günü medalla bitirmək üçün güləşəcək. Bir güləşçimiz qızıl, ikisi bürünc, digəri təsəlliverici görüşdə mübarizə aparacaq.
Avropa çempionatı
12 aprel
Yunan-Roma güləşi
55 kq
Eldəniz Əzizli finalda Emin Seferşayev (UWW) ilə qarşılaşacaq.
60 kq
Nihat Məmmədli 1/8 finalda litvalı Yustas Petraviçyusla güləşcək.
63 kq
Murad Məmmədov bürünc uğrunda qarşılaşmada Tino Ojala (Finlandiya) - Vitali Yeriomenko (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
67 kq
Həsrət Cəfərov 1/8 finalda isveçrəli Andreas Vetşi sınağa çəkəcək.
72 kq
1/8 finaldan mübarizəyə başlayacaq Ülvi Qənizadə macarıstanlı Levante Levalla üz-üzə gələcək.
82 kq
Qurban Qurbanov 1/8 finalda Samvel Qriqoryanla (Ermənistan) qarşılaşacaq.
87 kq
İslam Abbasov 3-cü yer uğrunda görüşdə Karen Xaçatryan (Ermənistan)/ Yaroslav Filçakov (Ukrayna) cütünün qalibini sınağa çəkəcək.
97 kq
Murad Əhmədiyev 1/16 finalda türkiyəli Beytullah Kayışdağla görüşəcək.
130 kq
Beka Kandelaki təsəlliverici görüşdə David Ovasapyanla (Ermənistan) qarşılaşacaq.
Qeyd edək ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin görüşləri hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.
İdman.biz