AZ

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 min 800-ü ötüb

Myanmada martın 28-də baş vermiş 7,7 və 6,4 bal gücündə zəlzələlər nəticəsində ölənlərin sayı 3 min 689 nəfərə çatıb.

Bakıvaxtı.az Sinxua-ya istinadən xəbər verir ki,  Myanmada hərbi hökumətin inzibati orqanı olan Dövlət İnzibati Şurası məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada iki zəlzələdə həyatını itirənlərin sayının 3 min 689, yaralananların sayının isə 5 min 20-yə yüksəldiyi bildirilib. 

Bildirilib ki, xilasetmə qrupları itkin düşmüş 140 nəfərin axtarışını davam etdirir.

Əli Hüseynov

Seçilən
87
bakivaxti.az

1Mənbələr