AZ

Zəlzələlər 4 minə yaxın adam öldürüb

Myanmada martın 28-də baş vermiş 7,7 və 6,4 bal gücündə zəlzələlər nəticəsində ölənlərin sayı 3689 nəfərə çatıb.

"Cebheinfo.az"-ın  "Sinxua" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Myanmada hərbi hökumətin inzibati orqanı olan Dövlət İnzibati Şurası (SAC) məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada iki zəlzələdə həyatını itirənlərin sayının 3 min 689, yaralananların sayının isə 5 min 20-yə yüksəldiyi bildirilib.

Xilasetmə qrupları itkin düşmüş 140 nəfərin axtarışını davam etdirir.

Seçilən
93
cebheinfo.az

1Mənbələr