AZ

Myanmada ölənlərin sayı minlərlə nəfərə çatıb

BAKI, TurkicWorld

Myanmada zəlzələlər nəticəsində ölənlərin sayı 3689 nəfərə çatıb

TurkicWorld xəbər verir ki, martın 28-də Myanmada baş vermiş 7,7 və 6,4 bal gücündə zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 3689 nəfərə yüksəlib.

Bu barədə məlumatı ölkədəki hərbi hökumətin inzibati orqanı olan Dövlət İnzibati Şurası (SAC) yayıb.

Rəsmi açıqlamaya görə, təbii fəlakət nəticəsində 5 min 20 nəfər yaralanıb, 140 nəfər isə hələ də itkin düşmüş sayılır.

Xilasetmə və axtarış işləri davam etdirilir.

Qeyd edək ki, zəlzələlər Myanmanın mərkəzində yerləşən Saqainq bölgəsi yaxınlığında qeydə alınıb və güclü yeraltı təkanlar qonşu Tayland və Çində də hiss olunub. Fəlakət genişmiqyaslı dağıntılara yol açıb və bölgədə humanitar vəziyyətin ağırlaşmasına səbəb olub.

Seçilən
100
turkic.world

1Mənbələr