FIFA yayda ABŞ-da baş tutacaq 2025-ci il FIFA Klub Dünya Kubokunun ən çox bilet satılmış beş oyununu açıqlayıb.
Arena.az qurumun rəsmi saytına istinadən, yarışın qrup mərhələsinin ən çox tamaşaçı toplayacaq oyunlarının beşliyini təqdim edir:
– “Boka Xuniors” – “Bayern”;
– “Boka Xuniors” – “Benfika”;
– “Flamenqo” – “Çelsi”;
– “Real” – “Əl-Hilal”;
– “Zalsburq” – “Real”.
Xatırladaq ki, 2025-ci ilin klublararası dünya çempionatı ilk dəfə olaraq 32 komandanın iştirakı ilə baş tutacaq. Yarış ABŞ-da keçiriləcək və 14 iyun – 13 iyul tarixlərini əhatə edəcək.