AZ

Xaçmazda 7-ci sinif şagirdi itkin düşüb - FOTO

Polis 13 yaşlı Musayeva Sevinc Bəhram qızını axtarır.

Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bugün səhər 08:30 radələrində repetiror yanına gedmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.

DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan Operativ Media-ya bildirilib ki,  məktəblinin barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102”- Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz  Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Seçilən
77
10
operativmedia.az

10Mənbələr