AZ

Myanmada 5,5 bal gücündə zəlzələ baş verib

Bakı, 13 aprel, AZƏRTAC

Myanmada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 86 km cənubda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
133
2
azertag.az

10Mənbələr