BAKI, TurkicWorld
Heç bir tarif istisnası yoxdur – Elektronika zəncirinə tam nəzarət gəlir.
TurkicWorld xəbər verir ki, ABŞ-ın sabiq prezidenti və 2024 seçkilərində əsas namizədlərdən biri olan Donald Tramp bildirib ki, heç bir məhsul, o cümlədən yarımkeçiricilər və elektronika tədarük zənciri tarif istisnasına məruz qalmayacaq.
“Truth” sosial platformasında paylaşım edən Tramp, Çini hədəf alaraq, “ədalətsiz ticarət balansı” və “qeyri-pul tarif maneələri” səbəbindən sərt tədbirlərin qaçılmaz olduğunu deyib.
Trampın sözlərinə görə, bu məhsullara qarşı tətbiq edilən 20 faizlik tariflər fentanil böhranı ilə əlaqəlidir və sadəcə tarif kateqoriyası dəyişib. “Saxta xəbər mediası bunu bilir, lakin xəbər vermir”, – deyə Tramp qeyd edib. O əlavə edib ki, ABŞ artıq düşmən ticarət tərəfdaşlarından, xüsusilə də Çindən asılı olmayacaq.“Bu məhsullar ABŞ-da istehsal olunmalıdır. Artıq girov deyilik” - deyə kəskin bildirib.
Eyni zamanda, ABŞ Ticarət naziri Hovard Lutnik də bəyan edib ki, bəzi texnoloji məhsullar üçün verilən tarif istisnaları daimi xarakter daşımır, bir-iki aya bu məhsullar yeni yarımkeçirici tariflərinə daxil ediləcək.
Qeyd edək ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyi 11 aprel tarixində bəzi texnoloji məhsulları, o cümlədən kompüterlər, çiplər, modemlər və günəş panellərini əlavə tariflərdən müvəqqəti azad edib. Lakin bu qərarın yalnız qısamüddətli olması və yeni tarif dalğasının yaxın zamanda qüvvəyə minməsi gözlənilir.