AZ

Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətininİdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərəxəbərdarlıq edib.

TrendAgentliyə istinadən məlumat verir ki, xəbərdarlığa əsasən, aprelin15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərbküləyi aprelin 17-si gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 2.0-3.0 m, sonrakı inkişafda isə4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

Məqalədə:
Seçilən
50
27
az.trend.az

10Mənbələr