Astarada 3-cü sinif şagirdi itkin düşüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.
Faktla bağlı polisə məlumat verilib.