AZ

Qusarda gözlənilən yağıntılı hava ilə əlaqədar TAPŞIRIQLAR VERİLDİ - FOTO

14-17 aprel 2025-ci il tarixlərində respublika ərazisində gözlənilən kəskin hava şəraitinin dəyişməsi ilə əlaqədar rayon ərazisində baş verə biləcək hadisələrin və fəsadların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi üçün bu gün Qusar Rayon İcra Hakimiyyəti başçısının yanında rayon Fövqəladə hallar komissiyasının iclası keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iclasda RİH başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov yağıntılı hava şəraiti ilə əlaqədar olaraq mümkün fəsadların qarşısının alınması üçün müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi, təxirəsalınmaz tədbirlərin görülməsinə dair tapşırıqlarını verib.

İclasda təhlükəli hidrometereoloji hadisələrə, sel sularına məruz qalma ehtimalı olan ərazilər, yaşayış məntəqələri müəyyən edilib. Sel təhlükəsi olan ərazilərə yaxın yerlərə cəlb oluna biləcək texnikaların sayı dəqiqləşdirilib, idarələrdə növbətçiliyin təşkili ilə bağlı rayonun xidmət sahələrinin rəhbərlərinə ciddi tapşırıqlar verilib.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
68
bizim.media

1Mənbələr