Bakı. Trend:
Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlardamüşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə bəzi sahələrdəqatarların sürət həddi endirilib.
Trend xəbərverir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı vəBakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarlarınqrafikində qismən kənara çıxma halları ola bilər.
"Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryolkeçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi vəehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya vəplatformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik",- məlumatda deyilir.