İraqda 1800-dən çox insan hazırda ölkədə müşahidə edilən qum fırtınasının təsirinə məruz qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onların arasında uşaqlar da var.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 700-dən çox insan boğulma simptomları ilə xəstəxanalara müraciət edib.
Bununla yanaşı, təbii fəlakət Nəcəf və Basra hava limanlarının işində də problemlər yaradıb.
Qum fırtınası səbəbindən hazırda görünüş məsafəsi bir kilometrdən daha az təşkil edir.