AZ

Zelenski də 9 maya hazırlaşır...–KREMLƏ QARŞI DİPLOMATİK GÜC NÜMAYİŞİ

Ukrayna Prezidenti Volodimir Zelenski yüksək səviyyəli Avropa rəsmilərini “Rusiya Prezidenti Vladimir Putinin Moskvada keçirəcəyi hərbi paradına qarşı diplomatik güc nümayişi” çərçivəsində mayın 9-da Kiyevə səfərə dəvət edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, xarici işlər naziri Andrey Sibiqa Lüksemburqda keçirilən görüşdə avropalı həmkarlarına dəvət göndərərək, onları "Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük təcavüzə qarşı birlik və qətiyyət nümayiş etdirməyə" çağırıb.

 

“Politiko” AB-nin iki diplomatına istinadla yazıb ki, görüşün harada keçiriləcəyi  dəqiqləşdirilməsə də, mayın əvvəlində Ukraynaya mümkün səfərlə bağlı müzakirələr gedir. Belə ki, Almaniyanın gələcək kansleri Fridrix Merz də daxil olmaqla, AB liderləri Kiyevə səfər edə bilərlər.

Seçilən
33
2
senzor.az

3Mənbələr