AZ

Rusiyadan Polşa və Baltikyanı ölkələrə XƏBƏRDARLIQ



Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin Rəhbəri Sergey Narışkin Polşa və Baltikyanı ölkələrə xəbərdarlıq edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Narışkin NATO-nun ölkəsinə qarşı təcavüzə başlayacağı təqdirdə bundan ilk olaraq Polşa və Baltikyanı ölkələrin zərər çəkəcəyini deyib.

"Polşa və Baltikyanı ölkələr anlamalıdırlar ki, NATO-nun İttifaq dövlətinə təcavüzü zamanı ilk onlar zərər çəkəcəklər" ,- deyə Narışkin vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) və Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (DTK) təhdidlərin qarşısını almaq üçün hərəkətə keçməyə hazırdır.


Mehman Mehdiyev
Seçilən
67
newscenter.az

1Mənbələr