AZ

8 yaşlı uşağın ayaqları ağrıdı -xəstəxanada öldü


Türkiyədə 8 yaşlı, 2-ci sinif şagirdi İrem Aslanın ölümünün səbəbi müəmma olaraq qalır.


“Medicina” xəbər verir ki, Kocaelidəki orta məktəbdə dərs zamanı özünü pis hiss edən usağı təcili xəstəxanaya aparıblar.

Burda ilkin yardımdan sonra şəhər xəstəxanasına təxliyə olunsa da, gecə reanimasiyada vəfat edib.


Uşağın meningitdən öldüyü təxmin edilir. Aslanın oxuduğu sinif karantinə alınmasa da, 28 şagirdin ailəsinə xəbərdarlıq edilib və uşaqlar maska taxmalı olub.

Aygün Musayeva


Seçilən
54
medicina.az

1Mənbələr